Epofloor 5-20MM

Epofloor 5-20MM

MƏHSUL HAQQINDA

Sement əsaslı, kimyəvi əlavələrlə zəngin, məsaməsiz səth yaranmasını təmin edən, birkomponentli döşəmə qarışığıdır. Öz-özünə yayılmaqla tarazlanır. TSEN 13813 -2004 standartına uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

Bu məhsuldan:ağac, laminat, parket, xalça, PVC, keramika kimi materialları istifadə etməzdən əvvəl düz səthin əldə edilməsində;anbar və bu kimi obyektlərdə aşınma və tozlanmaya qarşı davamlı səth əldə edilməsində istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

Hazırlanması və istifadəsi asandır; öz-özünə yayılmaqla məsaməsiz, düzgün səth əmələ gətirir.

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Səthdə qırılmış və ovulmuş yerlər olarsa, Epocement S 40 təmir qarışığı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla təmir edilməlidir. Səthin suudma qabiliyyətini azaltmaq və müqavimətini artırmaq üçün səth mütləq BİNDER astarla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq quru qarişığı yavaş-yavaş 5,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli mikserdən də istifadə oluna bilər).

Tətbiqi. Hazırlanmış duru qarışığı səthə boşaldın. İstifadə zamanı qarışığın daxilində hava qabarcıqlarıının qalmaması və yayılma əməliyyatının asanlaşması üçün kirpi quruluşlu vərdənədən istifadə edin. Lazım gəldikdə yayılmanı sürətləndirmək məqsədilə polad maladan da istifadə etmək olar. Məhsulun tətbiq olunduğu səthi 24 saat ərzində küləkdən və birbaşa günəş şüalarının təsirindən qoruyun.

Tövsiyələr. Epofloor 5-20mm istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.

TEXNİKİ GÖSTƏRİCİLƏR

Rəngi

boz

İstifadə temperatutu

+50C - +300C

Su/quru qarışıq nisbəti

5,0 litr su/25 kq quru qarışıq

İstifadə müddəti

35 dəqiqə

İstifadə qalınlığı

5,0 -20,0 mm

Bərkiməsi:

· ilkin

· 

· son

 15-30 dəqiqədən sonra

60-90 dəqiqədən sonra

Sıxılmada möhkəmlik həddi:

· 7 gündən sonra

· 28 gündən sonra

 23 Mpa

35 Mpa

Yapışma müqaviməti

1,2 Mpa

İstifadəyə verilmə müddəti

12 saatdan sonra üstündə hərəkət edilə bilər. 24 saatdan sonra üstünə xalça, parket,keramika və s. döşənə bilər.

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq -lıq kisələrdə

SƏRFİYYAT

1 mm qalınlıq üçün 1 m2-ə 1,75 kq qarışıq sərf oluna bilər.

SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI

Bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda 12 ay saxlanıla bilər.

XƏBƏRDARLIQLAR

Məhsulun sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun; istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın; yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;“CMT GROUP" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “CMT GROUP" şirkəti məsuliyyət daşımır;şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; texniki dəstək və ya daha geniş məlumat almaq üçün “CMT GROUP” şirkətinə müraciət edin!

 

Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın