
Epocement SXD40
Epocement SXD40
MƏHSUL HAQQINDA
Xüsusi sement, qum və polimer tərkibli , üfüqi və şaquli səthlərdə dekorativ görüntü yaratmaq üçün nəzərdə tutulmuş məhsuldur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu məhsuldan: daxili və xarici məkanlarda, divarlarda, tavanlarda, beton ara kəsmələrdə, beton sütunlarda, qara suvaq olan divarlarda dekorativ görünüş yaratmaq üçün istifadə olunur
ÜSTÜNLÜKLƏRİ
birkomponentlidir; yalnız su ilə qarışdırılır; istifadəsi asandır; dözümlü və stabildir; qısa zamanda istifadəyə hazır olur 24 saat sonra üzərinə boya məhsulları çəkilə bilər;Tərkibində xlor olmadığı üçün polad konstruksiyaların korroziyasına səbəb olmur.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirməli, səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından, boya və nəm saxlayan maddələrdən tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır. Yaranmış boşluqlar və çatlar qabaqcadan doldurulub təmir olunmalıdır.
Qarışığın hazırlanması.Təmiz bir qabın içərisinə lazımı miqdarda su əlavə edin məhsuldan istifadə olunacaq miqdarda suyun uzerinə əlavə edin. 400-600dövr/deq-lik bir mikserlə 3-5 dəqiqə qarışdırılır , 3-5 dəqiqə gözlədikdən sonra təkrar 30 saniyə qarışdırılaraq məhsul hazır vəziyyətə gətirilir. Qarışığa heç bir digər kimyəvi maddə əlavə etməyin.
Diqqət: soyuq havada isti və ya ilıq su istifadə olunmalıdır.1 kq Epo Epocement SXD 40 məhsuluna 0,32-0,35 litr təmiz su əlavə edərək qarışdırın (Su nisbəti havanın temperaturundan asılı olaraq dəyişə bilər).
Tətbiqi. Lazım olan miqdarda toz və su nisbəti götürün yuxarıda qeyd olunan qaydada məhsulu qarışdırın hazır tətbiq halına gətirin. Tətbiq olunacaq səth yuxarıda qeyd olunduğu kimi tetbiqə hazır vəziyyətə gətirilibsə hazır məhsuldan dekorla 4 5mm qalınıqda cəkilir daha sonra tüklü vərdənəni istədiyiniz istiqamətdə hərəkət etdirin və istədiyiniz dekorativ görkəmi alın.
Tövsiyələr.İstifade olunan səthdə dəliklər və çatlar olmamalıdır. İstifadə olunan səth 15 dəqiqə müddətində nəm olmalıdır. Quru və su hopma qabiliyyəti çox olan səthlərdə bu müddət 30 dəqiqə olmalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənir.
TEXNİKİ GÖSTƏRİCİLƏR
Məhsulun tərkibi
xüsusi sement, qum və kimyəvi əlavələr
Rəngi
boz
Təzyiqə dözümlülüyü:
Qopma müqaviməti
≥0.5 N/mm²
Su / toz nisbəti
8-8.75 l su / 25 kq quru qarışıq
Qarışığın həcm kütləsi
2,14 kq / L
Qopma müqaviməti:
28 gündən sonra
≥0,50N /mm²
İstifadə temperaturu
+5C - +32C
Səthə çəkilmə müddəti
1-1.5 saat
Son quruma müddəti
24 saat
Qablaşdırma
25kq kağız kisələrdə
SƏRFİYYAT
Tətbiq olunan səthin hamarlığından aslı olaraq dəyişə bilər. ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
