EPOCON
BETONDA YÜKSƏK KEYFİYYƏT,MÜKƏMMƏL MÖHKƏMLİK VƏ ESTETİK GÖRÜNTÜ
BETON
+Sement
+Su
+doldurucu
+qatqı(mineral və kimyəvi)
Materialların qarışmasından alınmış bircinsli süni daş tikinti materialıdır.
Tikinti sahəsində betonun möhkəmliyinə mənfi təsir edə biləcək amillər:
Betonun qəlibə yerləşdirmə vaxtının gecikdirilməsi
Su/sement nisbətinin müdaxilə yolu ilə dəyişdirilməsi (əgər 7 m3-luq qarışdırıcıya 400 lt su əlavə edilərsə betonun müqaviməti təxminən yarıya qədər azalar)
Norma ilə müəyyən olunmuş axarlılıqdan daha çox axarlılıq olduqda
İsti və soyuq hava şəraitlərində qoruyucu tədbirlərin görülməməsi
Betonun sıxlaşdırılmasının düzgün edilməməsi və ona qulluq edilməməsi,betonun düzgün şəraitdə saxlanılmaması
DAVAMLILIQ
Tikinti materiallarının və binaların uzun illər ətraf mühitin təsiri altında aşınmaya uğramadan öz keyfiyyətini qoruya bilməsi dayanıqlılıq,dözümlülük və ya davamlılıq adlanır.
Dəmir beton konstruksiyaları adətən 100 ildən artıq bir müddətdə davam gətirə biləcək şəkildə layihələndirilir.
2. Beton istehsalı və növləri
Betonun sıxılmaya qarşı davamlılığı
Betonun əsas istifadə edildiyi tikintilər əyilmə,sıxılma,dartılma və parçalanma yaradacaq qüvvələrin təsiri altındadır.Sıxıcı ox qüvvəsinin təsiri altındakı betonun qırılmaya qarşı göstərdiyi müqavimətə betonun sıxılmaya qarşı davamlılığı deyilir.Beton uyğunluğu betonun sıxılmaya qarşı davamlılığı ilə ölçülür.
Betonun möhkəmlik təsnifatı
Betonun sıxılmada möhkəmlik sinfi və markası arasında nisbət
Betonun möhkəmlik üzrə sinifi | Orta möhkəmlik göstəricisi (Ṝ) kg/sm2 | Möhkəmlik üzrə yaxın olan marka |
B3.5 B5 B7.5 B10 B12.5 B15 B20 B22.5 B25 B26.5 B30 B35 B40 B45 B50 B55 B60 B65 B70 B75 B80 | 45.8 65.5 98.2 131.0 163.7 196.5 261.9 294.5 327.4 359.9 392.9 458.4 523.9 589.4 654.8 720.3 785.8 851.5 917.0 932.5 1018.0 | M50 M75 M100 M150 M150 M200 M250 M300 M350 M350 M400 M450 M550 M600 M700 M700 M800 M900 M900 M1000 M1000 |
Xüsusi beton növləri
Tələbatdan asılı olaraq müxtəlif xüsusi növ betonlar hazırlamaq olar.
Məsələn:
Reaktiv toz beton
Maye halında tökülən fibrobeton
Lifli beton
Yüngül beton
Öz-özünə yerləşən və bərkiyən beton
Yüksək keyfiyyətli beton
Silindirlə sıxışdırılan beton
Sualtı beton
Dekorativ beton
Rəngli beton
Beton dizaynı hazırlanarkən yüksək dayanıqlı beton əldə etmək üçün ətraf mühitin təsirləri nəzərə alınmalıdır.
Betonda dayanıqlığı təmin etmək üçün konstruksiyaların istismar dövründə təmasda olduğu mühit öyrənilərək betonun inşaat normasına əsasən növü müəyyənləşdirilir(TS 13515).İlk növbədə betonda istifadə olunacaq sementin növü(markası və tətbiq sahəsi) müəyyən edilməlidir.
TS 802 normativinə əsasən betonda istifadə olunan doldurucuların qranometrik tərkibi və ölçüsü müəyyən edilərək betonun tərkibi seçilir.Bundan sonra müəyyən olunmuş tərkibdə komponentlər dozalaşdırılaraq betonqarışdırıcı avadanlıqlarda qarışdırılır,hazır beton alındıqdan sonra xüsusi betonqarışdıran maşınlarla tikinti obyektinə çatdırılaraq qəlibə yerləşdirilir.Yeni tökülmüş betonun normal bərkiməsini təmin etmək üçün onu birbaşa düşən günəş şüalarından,istidən,soyuqdan və küləkdən qorunma tədbirlərini həyata keçirmək lazımdır.Betonun daxili nəmliyini təmin etmək üçün vaxtaşırı sulamaq və üzərini(28 günlük möhkəmliyini alana qədər ) bez parçası ilə (özündə nəmlik saxlaya bilən) örtmək lazımdır.
Yeni tökülmüş beton mövcud vəziyyətə uyğun olaraq qorunur.Aşağıda göstərilən xarici təsirlər beton və beton elementlərinin (dəmirlərin və s.)zamanla korlanmasına gətirib çıxarır.
Sulfat təsiri
Qələvi təsiri
Donma - ərimə
Korroziya
Karbonatlaşma
Bəzi turşu və duz təsirləri də buna səbəb ola bilər.
3.Beton qatqıları
Təzə hazırlanmış tərkibin və bərkimiş betonun bir və ya bir neçə xarakteristikalarını yaxşılaşdırmaq baxımından müxtəlif təyinatlı beton qatqılarının istifadə edilməsi vacibdir.
Beton qatqıları təzə hazırlanan betona qarışığın islanmış vəziyyətdə olduğu halda müəyyən olunmuş miqdarda su ilə birlikdə verilərək bircinsli beton alınana qədər qarışdırılır.
Qatqılar bağlayıcının miqdarından asılı olaraq çox az miqdarda faizlə hesablanaraq istifadə olunan kimyəvi və qeyri-kimyəvi maddələrdir.
Əlavələr daxil edilməklə betonun aşağıda göstərilən xassələri daha da yaxşılaşdırılır:qəlibə rahat yerləşdirilmənin yaxşılaşması,başlanğıc möhkəmliyin artması,istilik ayrılmasının yavaşıması və ya azalması,su ayırmanın azalması,çox məsaməli beton alınması.Beton qarışımının axmasının və pompa ilə vurulmasının yaxşılaşdırılması,dəmir karkasla yapışma qabiliyyətinin yüksəldilməsi və s.
Kimyəvi qatqıların istifadəsi
Beton üçün istifadə olunan kimyəvi qatqıların ümumi miqdarı betonda istifadə olunan sement miqdarının (çəki üzrə) 5 %-dən artıq olmamalıdır.Buna baxmayaraq betonun möhkəmlik və davamlılığının artırılmasının təmin edildiyi sübut olunduğundan bu nisbət 6%-ə qədər əlavə oluna bilər.Yüksək möhkəmlilikli beton üçün sement miqdarı (çəki üzrə) 7%-dən artıq olmamalıdır.Müxtəlif möhkəmlilikli beton qruplarında birdən çox qatqı istifadə olunduqda ümumi qatqı miqdarı sement miqdarının kütləcə 8%-dən çox olmamalıdır.(TS 13515)
QATQI MADDƏLƏRİNİN İSTİFADƏSİ İLƏ SƏRTLƏŞMİŞ BETONDA ƏLDƏ EDİLƏN ÜSTÜNLÜKLƏR
Ilkin dövrlərdə hidrotasiya istiliyini azaltmaq və ya gecikdirmək
Ilkin dövrlərdə müqavimət almasını tezləşdirmək
Yüksək davamlılıq əldə etmək
Qələvi-aqreqa reaksiyasının nəzarət altına alınması
Ətraf mühitin zərərli təsirinə qarşı müqavimətin artırılması
Su keçiriciliyi azaltmaq
Dəmir –beton bərkiməsini gücləndirmək
Betonun dayanıqlığı ilə yanaşı digər mexaniki xüsusiyyətlərinin təkmilləşdirilməsi
Dəmirlərin korroziyasının azaldılması ve aradan qaldırılması
İqtisadi səmərəliliyin təmin edilməsi
4. Beton dizaynı və kimyəvi qatqılar
Beton qatqılarının növləri hansılardır (ASTM C 494 və TSE EN 934-2)
Super axışqanlaşdırıcı (yüksək miqdarda su azaldıcı )
Su tutucu qatqılar
Hava sürükləyici kimyəvi qatqılar
Bərkiməni tezləşdirən qatqılar
Sərtləşməni sürətləndirən qatqılar
Bərkiməni gecikdirici qatqılar
Su keçirməzliyi təmin edən qatqılar
Bərkiməni gecikdirici/su azaldıcı/axışqanlaşdırcı kimyəvi qatqı
Bərkiməni gecikdirici/yüksək miqdarda su azaldıcı/ super axışqanlaşdırcı kimyəvi qatqı
Bərkiməni sürətləndirən /su azaldıcı/axışqanlaşdırcı kimyəvi qatqı
Hiper axışqanlaşdırıcı yeni nəsil qatqılar.
Qatqı maddələrini istifadə etməklə əldə edilən üstünlüklər:
1-Su –sement nisbətini (su/sem) azaltmaqla betonun möhkəmliyinin artırılması
2- Su-sement nisbətini azaltmaqla sement məsrəfini azaldaraq möhkəmliyi sabit saxlamaq
3- Az axışqanlı betonun plastikliyini artırmaqla betona hərəkətlilik vermək
4-qatqı istifadə etməklə bircinsli sıx strukturalı möhkəm beton əldə etmək
5-betonun bərkiməsini gecikdirmək və tezləşdirmək ,
6-seqreqasiyanın qarşısını almaq,
7-pompalamanı asanlaşdırmaq axıcılığın müəyyən vaxta qədər sabit saxlanılması
və s.xüsusiyyətləri yaxşılaşdıra bilər .
Qatqının işləmə prinsipi
1.elektrostatik təsir
Qatqı molekulları sement hissəcikləri üzərinə yapışaraq onları eyni elektirik yükü ilə yükləyir.Bir-birini itələyən sement hissəcikləri mühitdə daha yaxşı dağılaraq koaqulyasiyanın (bir yerə yığılma ) qarşısı alınır.
2.sterik təsir
Sement hissəcikləri onları örtən polimer zəncirlərinin daraq şəklindəki yan zəncirləri sayəsində bir –birindən uzaqda durur.Burada əhəmiyyətli olan polimer zəncirin uzunluğu ilə yan zəncirin uzunluğu arasındakı məsafədir.Sterik təsirin gücü elektrostatik təsirin gücündən fərqli olaraq məsamələrdə ionun tipi və sıxlığından az təsirə məruz qalır.(polikarboksilat əsaslı super axışqanlaşdırıcı qatqılar)
Last Updated (Wednesday, 05 February 2014 06:46)