EPOCON ANTİFREEZE

Betonu soyuqdan qoruyan Antifreeze qatqısıdır.
Məhsul haqqında
Ani temperatur dəyişmələrində ,temperaturun +5 ⁰C altına düşdüyü havalarda və qışda yüksək keyfiyyətə malik beton istehsalına imkan verən donmaya qarşı beton qatqısıdır.
Xüsusiyyətləri
EPOCON ANTİFREEZE maliyyət baxımından daha sərfəlidir və məhsulda aşınmaya səbəb ola biləcək maddə yoxdur.
Su və sement arasındakı reaksiyanı sürətləndirərək hidrotasiya istiliyini artırır və betonun bərkimə müddəti sürətlənir ,bunun nəticəsində betonda daha erkən müqavimət almağa imkan yaradır.
Donma-ərimə zamanı betona təsir edə biləcək zərərin qarşısını alır.Homogen və axışqan bir beton əldə etməyimizə kömək edir.
Istifadə sahələri
Hazır beton istehsal edən zavodlarda
Normal və prefabrik beton istehsalında
Pompalanabilən beton istehsalında
Soyuq hava şəraitinin uzun müddət davam etdiyi hallarda betonun donma təsirindən qorunmasında və erkən yüksək müqavimət tələb edilən yerlərdə
Istifadə qaydası
Betona qarışdırılacaq suya bağlayıcı ağırlığının(sement miqdarının) %0.8-1.2-i qədər qatılır.
Texniki göstəriciləri
Kimyəvi tərkibi: Xüsusi nitrat duzları tərkibinə malik maye
Forma:Maye
Reng : Tünd qəhvəyi
Ph: 6.5±1.5
Sıxlıq: 1.13±0.03kg/l (20⁰C)
Xlor% : <0.1
Qələvi % : < 1
Donma nöqtəsi: < -15 ⁰C
Sərfiyyat:bağlayıcı ağırlığının (sement miqdarının)%0.8-1.2 % miqdarında (iqlim şərtlərinə və betonu formalaşdıran digər xüsusiyyətlərdən asılı olaraq) betona qatılır.
Qablaşdırma:Plastik bidon (35 kg),çəllək (250 kg),çən
Last Updated (Tuesday, 04 February 2014 11:23)